İnci Laboratoriyaları

Göstərir: 21 - 30 of 34 NƏTİCƏLƏR
Önə çıxanlar

Müəllimlər Gününə Özəl Kampaniya!

4-5 oktyabr tarixlərində İnci Laboratoriyalarının Mərkəzi Filialında analiz verən bütün müəllimlər bizdən 15% endirim qazanacaqlar. Sadəcə iki gün davam edəcək kampaniyadan yararlanmağa siz də tələsin! QEYD! Kampaniya genetik və xaricə göndərilən analizlər istisna olmaqla bütün laborator xidmətlərə şamil edilir. Ətraflı məlumat üçün: 📞Çağrı Mərkəzi: *1113 🔹 MƏRKƏZ FİLİALI 📍Ünvan: Bakı ş., Bül-Bül pr., 58G, ☎️Tel.: …

Önə çıxanlar

27 Sentyabr 44 günlük müharibənin başlandığı şanlı tarix…

30 illik həsrətin son qoyulduğu, Azərbaycanın haqq yolunun başlanğıcı olan bu tarix, nə qədər qürurlu olsa da, bir o qədər də hüznlüdür. “İnci labaratoriyaları” olaraq tariximizə yazılan qələbəni bizə yaşadan şəhidlərimiz qarşısında baş əyir, ehtiramla yad edirik. Azadlığımızın, birliyimizin daim olması diləyi ilə… Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Önə çıxanlar

21 sentyabr – Ümumdünya Altsheymer Günüdür

Altsheymer— demensiyanın geniş yayılmış, müalicəsi hələ də tapılmayan neyrodegenerativ xəstəlikdir. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə edilsə də, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Zehni aktiv saxlamaq, balanslı qidalanmaq, alkoqol və siqaretdən uzaq durmaq altsheymer xəstəliyinin …

Önə çıxanlar

Operativ cavablandırma *1113

Analiz və xidmətlərimizlə bağlı suallarınıza daha tez cavab tapmaq istəyirsinizsə, *1113 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Zəng edərək, qiymətləri öyrənə, nəticələrin hazır olub-olmaması ilə bağlı məlumat əldə edə, analizlərin hazır olma müddətini soruşa, ünvanda COVID-19 PZR testi və digər laborator xidmətləri istəyə, bununla yanaşı əlavə suallarınızı ünvanlaya bilərsiniz.

Önə çıxanlar

Uşaq anemiya paneli

Anemiya (qan azlığı) qanın tərkibində hemoqlobin və eritrositlərin azalması deməkdir. Bu, dünyanın bir çox ölkələrində, həmçinin Azərbaycanda uşaqlar arasında tez-tez rast gəlinən xəstəliklərdən biri hesab edilir. Xəstəlik vaxtında aşkarlanıb, müalicə olunmadıqda orqanizmdə ciddi problemlərə səbəb ola bilər. Diaqnostikası kliniki və laborator göstəricilərə əsasən qoyulur. Mərkəzi Filialımızda təqdim olunan anemiya paneli ilə övladlarınızın sağlamlığının qeydinə qala …

Önə çıxanlar

Hər il avqustun 19-u Ümumdünya Humanitar Yardım Günü olaraq qeyd olunur

Ümumdünya Humanitar Yardım Günü 2008-ci il 11 dekabrda BMT-nin Baş Assambleyasının qətnaməsi ilə təsis edilib. Bu günün yaranmasında əsas məqsəd digər insanları xilas edərkən həlak olanların xatirəsini yad etməkdir. İnci Laboratoriyaları olaraq, bu gün münasibətilə humanitar yardım təşkilatlarına və fəallara təşəkkür edir və bu yolda canından keçənlərə Allahdan rəhmət diləyirik!

Önə çıxanlar

Testin adı: BNP

▪️Test haqqında: Asimptomatik xəstələr də daxil olmaqla bütün kəskin ürək çatışmazlıqlarının diaqnozunda, mərhələsinin müəyyən edilməsi, proqnozu və müşayiətində istifadə olunur. Ürək çatışmazlığı ağırlaşmağa doğru getdikcə, BNP səviyyəsi də yüksəlir. Eyni zamanda xəstənin artan yaşı, kəskin koronar sindromlar, hipertoniya, kəskin ağciyər emboliyası, sol mədəciyin diastolik disfunksiyası zamanı da BNP səviyyəsi yüksək olur. 100 pg/ml-dən aşağı olan …

Önə çıxanlar

Bu gün İslam aləmində xeyirxahlığın, bərabərliyin, bölüşməyin rəmzi olan mübarək Qurban bayramıdır.

İnsanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bu bayramın xeyir və bərəkəti daim üzərinizdə olsun. İnci Laboratoriyaları olaraq bütün müsəlmanları müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, etdiyiniz duaların, kəsdiyiniz qurbanların qəbul olunmasını arzulayırıq!

Önə çıxanlar

2 İyul – Azərbaycan polislərinin peşə bayramı günüdür.

Müstəqil dövlətimizin ən mühüm peşələrindən olan, ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşların asayişini mühafizə edən Azərbaycan polisinin 104 ili tamam olur. İnci Laboratoriyaları olaraq Azərbaycan polisini peşə bayramı münasibəti ilə təbrik edir, qanunun keşiyində durmaq kimi çətin və şərəfli peşədə müvəffəqiyyətlər arzu edirik.

Önə çıxanlar

İnci Laboratoriyaları “YouTube”da!

Azərbaycanın bir incisi olan İnci Laboraloriyaları hər yerdə sizin xidmətinizdədir. Laboratoriyalarımıza aid ən son yeniliklər haqqında məlumat əldə etmək istəyirsinizsə, “YouTube” kanalımıza (İnci laboratoriyaları) abunə olmağı unutmayın. Kanalımızda görmək istədiyiniz məzmunlar üçün videoların altına şərh yaza, fikirlərinizi bildirə və ya bütün istək, təklif və rəylərinizi buradan bizə göndərə bilərsiniz. Biz izləyicilərimizin rəy və təkliflərini hər …