▪️Test haqqında: Asimptomatik xəstələr də daxil olmaqla bütün kəskin ürək çatışmazlıqlarının diaqnozunda, mərhələsinin müəyyən edilməsi, proqnozu və müşayiətində istifadə olunur. Ürək çatışmazlığı ağırlaşmağa doğru getdikcə, BNP səviyyəsi də yüksəlir. Eyni zamanda xəstənin artan yaşı, kəskin koronar sindromlar, hipertoniya, kəskin ağciyər emboliyası, sol mədəciyin diastolik disfunksiyası zamanı da BNP səviyyəsi yüksək olur. 100 pg/ml-dən aşağı olan nəticələr isə normal hesab edilir.

▪️Nümunə növü: EDTA-lı tam qan (4 saat ərzində laboratoriyaya çatdırılmalıdır) və ya EDTA-lı plazma (dondurularaq saxlanılmalı və göndərilməlidir)

▪️İş prinsipi: FPIA