İnci Laboratoriyaları

Göstərir: 21 - 30 of 39 NƏTİCƏLƏR
Önə çıxanlar

Zobun laborator diaqnostikası

  Günümüzdə yod çatışmazlığı ciddi problem olduğundan, zob xəstəliyi ölkədə geniş yayılmaqdadır. Zobu olan bütün xəstələrdə qanda TSH, sərbəst T4 və T3 səviyyəsi mütləq təyin edilməli və ulturasəs müayinəsi aparılmalıdır. Bir çox hallarda qanda tiroid peroksidazaya qarşı anticismlərinin təyini də tövsiyə edilə bilər. Buna görə də zamanında həkim müayinəsindən keçmək vacibdir. İnci Laboratoriyaların bütün filiallarında …

Önə çıxanlar

Niyə bizi seçməlisiniz?

İnci Laboratoriyaları klinik laborator diaqnostikanın bütün sahələri, o cümlədən Biokimya, Mikrobiologiya, İmmunologiya, Molekulyar genetika istiqamətləri üzrə xidmət göstərir. – Laboratoriyamızda peşəkar mütəxəssislər və dünyanın qabaqcıl mərkəzlərində istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir analizatorlar mövcuddur. – Test nəticələri “0 xəta” prinsipi ilə dəqiq və etibarlı şəkildə pasiyentlərə təqdim olunur. – Pasiyentlərin təklif və iradları hər zaman …

Önə çıxanlar

AHMK2022 çərçivəsində İnci Laboratoriyalarının təşkilatçılığı ilə satellit simpozium keçirilib.

Simpoziumda Türkiyə Klinik Biokimya Uzmanları Dərnəyinin (KBUD) təmsilçisi prof. dr. Çiğdem Karakükçü “Hemoqlobinopatiyalara laborator yanaşma” mövzusunda çıxış edib. Türkiyəli mütəxəssis təcrübələrini yerli mütəxəssislərimizlə bölüşərək, tövsiyələrini verib. Geniş disskusiyalarla keçən simpozium və İnci Laboratoriyalarının stendi AHMK2022 iştirakçılarının yüksək marağı ilə qarşılanıb.

Önə çıxanlar

Müəllimlər Gününə Özəl Kampaniya!

4-5 oktyabr tarixlərində İnci Laboratoriyalarının Mərkəzi Filialında analiz verən bütün müəllimlər bizdən 15% endirim qazanacaqlar. Sadəcə iki gün davam edəcək kampaniyadan yararlanmağa siz də tələsin! QEYD! Kampaniya genetik və xaricə göndərilən analizlər istisna olmaqla bütün laborator xidmətlərə şamil edilir. Ətraflı məlumat üçün: 📞Çağrı Mərkəzi: *1113 🔹 MƏRKƏZ FİLİALI 📍Ünvan: Bakı ş., Bül-Bül pr., 58G, ☎️Tel.: …

Önə çıxanlar

27 Sentyabr 44 günlük müharibənin başlandığı şanlı tarix…

30 illik həsrətin son qoyulduğu, Azərbaycanın haqq yolunun başlanğıcı olan bu tarix, nə qədər qürurlu olsa da, bir o qədər də hüznlüdür. “İnci labaratoriyaları” olaraq tariximizə yazılan qələbəni bizə yaşadan şəhidlərimiz qarşısında baş əyir, ehtiramla yad edirik. Azadlığımızın, birliyimizin daim olması diləyi ilə… Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Önə çıxanlar

21 sentyabr – Ümumdünya Altsheymer Günüdür

Altsheymer— demensiyanın geniş yayılmış, müalicəsi hələ də tapılmayan neyrodegenerativ xəstəlikdir. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə edilsə də, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Zehni aktiv saxlamaq, balanslı qidalanmaq, alkoqol və siqaretdən uzaq durmaq altsheymer xəstəliyinin …

Önə çıxanlar

Operativ cavablandırma *1113

Analiz və xidmətlərimizlə bağlı suallarınıza daha tez cavab tapmaq istəyirsinizsə, *1113 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Zəng edərək, qiymətləri öyrənə, nəticələrin hazır olub-olmaması ilə bağlı məlumat əldə edə, analizlərin hazır olma müddətini soruşa, ünvanda COVID-19 PZR testi və digər laborator xidmətləri istəyə, bununla yanaşı əlavə suallarınızı ünvanlaya bilərsiniz.

Önə çıxanlar

Uşaq anemiya paneli

Anemiya (qan azlığı) qanın tərkibində hemoqlobin və eritrositlərin azalması deməkdir. Bu, dünyanın bir çox ölkələrində, həmçinin Azərbaycanda uşaqlar arasında tez-tez rast gəlinən xəstəliklərdən biri hesab edilir. Xəstəlik vaxtında aşkarlanıb, müalicə olunmadıqda orqanizmdə ciddi problemlərə səbəb ola bilər. Diaqnostikası kliniki və laborator göstəricilərə əsasən qoyulur. Mərkəzi Filialımızda təqdim olunan anemiya paneli ilə övladlarınızın sağlamlığının qeydinə qala …