Bu gün 30 illik yolu 44 günə qət edən rəşadətli ordumuzun qələbə çaldığı, eyni zamanda Şuşanı işğaldan azad etdiyi gündür. Öz canlarından keçərək Azərbaycana can verən şəhidlərimizi hörmətlə yad edir, qazilərimizə şəfa diləyirik! Sənə qələbə yaraşır Azərbaycan! 🇦🇿 Video
Test haqqında
Test haqqında: Proqesteron, menstrual tsikldə və hamiləlikdə rol oynayan, yumurtalıqlar tərəfindən ifraz olunan hormondur. Normal hamiləliyin olması üçün bu hormonunun miqdarı olduqca vacibdir. Menstrual pozuntular, riskli hamiləlik, sonsuzluq və s. haqqında məlumat almaq və prosesi izləmək üçün həkim tərərfindən proqesteron testi tələb edilə bilər. ▪️İş prinsipi: ECLIA ▪️Nümunədən imtina səbəbləri: Həddən artıq hemoliz, lipemiya, sarılıq
Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından 2 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından 2 il ötür. Oktyabrın 27 və 28-i olmaqla, Bərdə ermənilər tərəfindən iki dəfə hücuma məruz qalıb. Nəticədə 27 nəfər həlak olmuş, 70-dən çox şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. İnci Laboratoriyaları olaraq terror hadisəsində həyatlarını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr …
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü
18 Oktyabr Azərbaycan tarixinin ən şərəfli, qürurlu səhifələrindən biri – Dövlət Müstəqilliyinin Bərpası Günüdür. Bu münasibətlə dünyanın hər bir yanında yaşayan həmyerlilərimizi təbrik edir, əmin-amanlıq və firavanlıq arzu edirik. Bayrağımız daim uca, müstəqilliyimiz əbədi olsun! Çox yaşa Azərbaycan!
Müəllimlər Gününə Özəl Kampaniya!
4-5 oktyabr tarixlərində İnci Laboratoriyalarının Mərkəzi Filialında analiz verən bütün müəllimlər bizdən 15% endirim qazanacaqlar. Sadəcə iki gün davam edəcək kampaniyadan yararlanmağa siz də tələsin! QEYD! Kampaniya genetik və xaricə göndərilən analizlər istisna olmaqla bütün laborator xidmətlərə şamil edilir. Ətraflı məlumat üçün: 📞Çağrı Mərkəzi: *1113 🔹 MƏRKƏZ FİLİALI 📍Ünvan: Bakı ş., Bül-Bül pr., 58G, ☎️Tel.: …
27 Sentyabr 44 günlük müharibənin başlandığı şanlı tarix…
30 illik həsrətin son qoyulduğu, Azərbaycanın haqq yolunun başlanğıcı olan bu tarix, nə qədər qürurlu olsa da, bir o qədər də hüznlüdür. “İnci labaratoriyaları” olaraq tariximizə yazılan qələbəni bizə yaşadan şəhidlərimiz qarşısında baş əyir, ehtiramla yad edirik. Azadlığımızın, birliyimizin daim olması diləyi ilə… Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
21 sentyabr – Ümumdünya Altsheymer Günüdür
Altsheymer— demensiyanın geniş yayılmış, müalicəsi hələ də tapılmayan neyrodegenerativ xəstəlikdir. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə edilsə də, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Zehni aktiv saxlamaq, balanslı qidalanmaq, alkoqol və siqaretdən uzaq durmaq altsheymer xəstəliyinin …
BAŞIN SAĞ OLSUN AZƏRBAYCAN
İnci Laboratoriyaları olaraq şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik!
Məktəb öncəsi pediatrik “check-up”
Uğurun əsas meyarlarından biri sağlamlıqdır. Sağlam olmayan uşağın təhsil həyatı da uğurlu olmur. İnci Laboratoriyalarının hazırladığı məktəb öncəsi pediatrik “check-up” paketi məktəbə yeni başlayan və ya dərslərə adaptasiya ola bilməyən uşaqlar üçün olduqca vacibdir. Əziz valideynlər, vaxtında edilən “check-up” müayinə ilə xəstəliklərin qarşısını öncədən ala və müalicələrə daha tez başlaya bilərsiniz. Övladlarınızın sağlamlığını etibarlı əllərə …
Operativ cavablandırma *1113
Analiz və xidmətlərimizlə bağlı suallarınıza daha tez cavab tapmaq istəyirsinizsə, *1113 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Zəng edərək, qiymətləri öyrənə, nəticələrin hazır olub-olmaması ilə bağlı məlumat əldə edə, analizlərin hazır olma müddətini soruşa, ünvanda COVID-19 PZR testi və digər laborator xidmətləri istəyə, bununla yanaşı əlavə suallarınızı ünvanlaya bilərsiniz.