10 may Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 101 ili tamam olur. Ulu öndər təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Ömrünü xalqına həsr etmiş, əbədiyaşar Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!
9 May – faşizm üzərində Qələbədən 79 il ötür.
9 May – faşizm üzərində Qələbədən 79 il ötür. Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Faşizm üzərində Qələbə Günü münasibətilə bütün veteranlarımızı təbrik edir, müharibə zamanı igidlik göstərərək həlak olmuş qəhrəman soydaşlarımızı fəxrlə anırıq!
Zərifə Əliyeva 101 il
28 aprel görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür. Zərifə xanım Əliyevanın əziz xatirəsini hörmət və ehtiramla anırıq!
7 aprel Ümumdünya Sağlamlıq Günüdür.
Bu tarix 1948-ci il aprelin 7-də yaradılan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fəaliyyətə başlaması ilə əlaqədardır. Bu günün təsis edilməsində əsas məqsəd, diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək və bu istiqamətdə məlumatlılığı artırmaqdır. Hər il 7 apreldə ÜST üçün prioritet sayılan bir problem diqqət mərkəzinə gətirilir və bununla bağlı bütün dünyada bir …
4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günüdür.
Bu gün xəstəliyə qarşı mübarizədə irəliləyiş əldə etmək və ictimaiyyəti məlumatlandırmaq imkanı verir. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin yayımladığı hesabata görə, 2022-ci ildə təxminən 20 milyon yeni xərçəng hadisəsi aşkar edilib və 9,7 milyon insan bu xəstəlik səbəbiylə ölüb. Həmçinin qeyd olunub ki, 2050-ci ildə xərçəngə yoluxma halları təqribən 77% artacaq. …
Uşaqlarda bağırsaq parazitləri
Uşaqların böyümə dövründə valideynlər onları nə qədər qorusalar da, bəzi infeksiya və xəstəliklər var ki, qaçılmaz olur. Bunlardan biri də parazit (qurd) xəstəlikləridir (helmintozlar). Uşaqlarda askarid, enterobioz və lyamblia daha çox rast gəlinir. Yoluxma alimentar yolla-törədicilərin yumurta və ya sistaları ilə çirklənmiş qidalar, su və ya əllər vasitəsilə baş verir. Parazitlər (helmintlər) ilkin olaraq heç …
17 noyabr milli dirçəliş günü
17 Noyabr Şanlı tarixin yazıldığı, xalqımızın azadlıq mübarizəsinin əsas və önəmli mərhələlərindən biri olan Milli Dirçəliş Günüdür. Bu tarix Azərbaycanın müstəqilliyinin bərpasında tarixi əhəmiyyətə malikdir. Milli Dirçəliş Günü münasibəti ilə xalqımızı təbrik edir, ölkəmizə sülh və əminamanlıq arzulayırıq!
Bayraq Günümüz Mübarək!
Azərbaycanın üç rəngli bayrağı hər birimizin qürur mənbəyi, əbədi azadlığımızın simvoludur. Bu gün bayrağımız dünyanın bir çox ölkələri ilə yanaşı, işğaldan azad edilən ərazilərdə dalğalanmaqdadır. İgidlərin var olduqca, sən daim dalğalanacaqsan! Bayraq Günümüz Mübarək!
18 Oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.
Bu gün münasibəti ilə Azərbaycan xalqını təbrik edir, ölkəmizə sülh və əmin-amanlıq arzulayırıq! Müstəqilliyimizin əbədi olması, 🇦🇿üç rəngli bayrağımızın daima zirvələrdə dalğalanması diləyi ilə zəfərlərimiz daim olsun!
5 Oktyabr Müəllimlər Günüdür.
İnci Laboratoriyaları olaraq, Vətənin dörd bir yanında böyük əzm və fədakarcasına çalışan bütün müəllimlərimizi təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq. Gününüz mübarək, əziz müəllimlər!