Bu gün xəstəliyə qarşı mübarizədə irəliləyiş əldə etmək və ictimaiyyəti məlumatlandırmaq imkanı verir. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin yayımladığı hesabata görə, 2022-ci ildə təxminən 20 milyon yeni xərçəng hadisəsi aşkar edilib və 9,7 milyon insan bu xəstəlik səbəbiylə ölüb. Həmçinin qeyd olunub ki, 2050-ci ildə xərçəngə yoluxma halları təqribən 77% artacaq.
Gəlin xərçəngin qarşısını almaq və daha sağlam gələcək qurmaq üçün birlikdə addımlayaq. Vaxtında edilən müayinələr sayəsində üzə çıxan xəstəliklərə erkən müdaxilə etməklə sağlamlığınızı qoruya bilərsiniz.