Uşaqların böyümə dövründə valideynlər onları nə qədər qorusalar da, bəzi infeksiya və xəstəliklər var ki, qaçılmaz olur. Bunlardan biri də parazit (qurd) xəstəlikləridir (helmintozlar). Uşaqlarda askarid, enterobioz və lyamblia daha çox rast gəlinir. Yoluxma alimentar yolla-törədicilərin yumurta və ya sistaları ilə çirklənmiş qidalar, su və ya əllər vasitəsilə baş verir.
Parazitlər (helmintlər) ilkin olaraq heç bir əlamətlə özünü büruzə verməsə də, bəzi simptomlar parazit infeksiyalarından şübhələnməyə əsas yaradır.
Əlamətlər:
– Gecələr anus ətrafında qaşınma;
– Bədəndə səpkilər;
– Ürəkbulanma və bəzən qusma;
– Qarında və ya göbək ətrafında ağrılar;
– İştahasızlıq və çəki itirilməsi;
– Yuxuda ağız suyunun axması;
– Gecələr yuxuda dişləri qıcamaq.
Parazitlər (helmintlər) immunitetin zəifləməsinə, allergiya, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb ola bilər. Bütün orqan və toxumaları zədələyən bu parazitlər uşaq orqanizminin fiziki və əqli inkişafını da ləngidir.
İnci Laboratoriyalarının bütün filiallarına yaxınlaşaraq nəcisin müayinəsi və qan testləri ilə övladınızda hansı növ qurdların olduğunu müəyyənləşdirə bilərsiniz.