İnci Laboratoriyaları

Göstərir: 1 - 10 of 39 NƏTİCƏLƏR
Önə çıxanlar

Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 101 ili tamam olur

10 may Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 101 ili tamam olur. Ulu öndər təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Ömrünü xalqına həsr etmiş, əbədiyaşar Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!

Önə çıxanlar

9 May – faşizm üzərində Qələbədən 79 il ötür.

9 May – faşizm üzərində Qələbədən 79 il ötür. Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Faşizm üzərində Qələbə Günü münasibətilə bütün veteranlarımızı təbrik edir, müharibə zamanı igidlik göstərərək həlak olmuş qəhrəman soydaşlarımızı fəxrlə anırıq!

Önə çıxanlar

7 aprel Ümumdünya Sağlamlıq Günüdür.

Bu tarix 1948-ci il aprelin 7-də yaradılan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fəaliyyətə başlaması ilə əlaqədardır. Bu günün təsis edilməsində əsas məqsəd, diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək və bu istiqamətdə məlumatlılığı artırmaqdır. Hər il 7 apreldə ÜST üçün prioritet sayılan bir problem diqqət mərkəzinə gətirilir və bununla bağlı bütün dünyada bir …

Önə çıxanlar

4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günüdür.

Bu gün xəstəliyə qarşı mübarizədə irəliləyiş əldə etmək və ictimaiyyəti məlumatlandırmaq imkanı verir. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin yayımladığı hesabata görə, 2022-ci ildə təxminən 20 milyon yeni xərçəng hadisəsi aşkar edilib və 9,7 milyon insan bu xəstəlik səbəbiylə ölüb. Həmçinin qeyd olunub ki, 2050-ci ildə xərçəngə yoluxma halları təqribən 77% artacaq. …

Önə çıxanlar

17 noyabr milli dirçəliş günü

17 Noyabr Şanlı tarixin yazıldığı, xalqımızın azadlıq mübarizəsinin əsas və önəmli mərhələlərindən biri olan Milli Dirçəliş Günüdür. Bu tarix Azərbaycanın müstəqilliyinin bərpasında tarixi əhəmiyyətə malikdir. Milli Dirçəliş Günü münasibəti ilə xalqımızı təbrik edir, ölkəmizə sülh və əminamanlıq arzulayırıq!

Önə çıxanlar

Bayraq Günümüz Mübarək!

Azərbaycanın üç rəngli bayrağı hər birimizin qürur mənbəyi, əbədi azadlığımızın simvoludur. Bu gün bayrağımız dünyanın bir çox ölkələri ilə yanaşı, işğaldan azad edilən ərazilərdə dalğalanmaqdadır.

İgidlərin var olduqca, sən daim dalğalanacaqsan! Bayraq Günümüz Mübarək!

Önə çıxanlar

Bütün neftçilərə 20% endirim

İnci Laboratoriyaları 20 sentyabr – Neftçilər Günü münasibətilə neftçilərə özəl kampaniyaya start verir.🤩 Kampaniya çərçivəsində laboratoriyamızda analiz verən bütün neftçilər bizdən 20% endirim qazanacaqlar. Qeyd! Endirim yalnız Mərkəzi filiala şamil edilir. 📞Çağrı Mərkəzi: *1113

Önə çıxanlar

Zobun diaqnostikasında hansı analizlər verilməlidir?

Qalxanvari vəzi boynumuzun ön hissəsində yerləşən kəpənək formalı orqandır və endokrin sistemin bir hissəsi olub metabolik sürəti, böyüməni və inkişafı tənzimləyən hormonlar sintez edərək orqanizmin bir çox vacib funksiyasını yerinə yetirir. Bu vəzin anormal böyüməsi nəticəsində zob xəstəliyi yaranır. Xüsusilə yod çatışmazlığı olan insanlarda bu xəstəliyə tez-tez rast gəlinir. Vəz çox böyüdükdə öskürək, udma və …