İnci Laboratoriyaları

Göstərir: 11 - 20 of 71 NƏTİCƏLƏR
Önə çıxanlar

Bütün neftçilərə 20% endirim

İnci Laboratoriyaları 20 sentyabr – Neftçilər Günü münasibətilə neftçilərə özəl kampaniyaya start verir.🤩 Kampaniya çərçivəsində laboratoriyamızda analiz verən bütün neftçilər bizdən 20% endirim qazanacaqlar. Qeyd! Endirim yalnız Mərkəzi filiala şamil edilir. 📞Çağrı Mərkəzi: *1113

Səhiyyə xəbərləri

Zn çatışmazlığı hasnsı xəstəlikərə səbəb olur

Sink (Zn) orqanizmdə toxuma və orqanların fəaliyyətini təmin edən vacib mikroelementdir. İnsan orqanizmində dəmirdən sonra ən çox olan mikroelementdir. Günlük olaraq qadınlar üçün 9 mg, kişilər üçün 15 mg Zn qəbul edilməlidir. 300-dən çox metalloenzimin tərkibində olması, insan orqanizmində nə qədər böyük önəmə sahib olduğunu göstərir. Xüsusilə kişilərdə prostat vəzi spermə çox miqdarda sink ifraz …

Önə çıxanlar

Zobun diaqnostikasında hansı analizlər verilməlidir?

Qalxanvari vəzi boynumuzun ön hissəsində yerləşən kəpənək formalı orqandır və endokrin sistemin bir hissəsi olub metabolik sürəti, böyüməni və inkişafı tənzimləyən hormonlar sintez edərək orqanizmin bir çox vacib funksiyasını yerinə yetirir. Bu vəzin anormal böyüməsi nəticəsində zob xəstəliyi yaranır. Xüsusilə yod çatışmazlığı olan insanlarda bu xəstəliyə tez-tez rast gəlinir. Vəz çox böyüdükdə öskürək, udma və …

Önə çıxanlar

Hər il 28 iyul Ümumdünya Hepatitlə Mübarizə Günü kimi qeyd edilir.

Dünyada milyonlarla insanın ölümünə səbəb olan hepatit, ölkəmizdə də ciddi şəkildə yayılmaqdadır. Hepatitlərin yaranma səbəbləri müxtəlif olsa da, ən başlıcası virus infeksiyalarıdır və 5 əsas növü (A, B, C, D və E) var. Onlardan B (HBV) və C (HCV) xroniki qaraciyər xəstəliklərinə, sirroz və ya qaraciyər xərçənginə səbəb olur. Qaraciyəriniz sizi həyatda saxlamaq üçün hər …

Səhiyyə xəbərləri

İnsulin rezistentliyi nə zaman yoxlanılmalıdr?

İnsulin rezistentliyi, insulin rezistentliyi sindromu olaraq da bilinən “metabolik sindrom” üçün əsas mexanizmdir. Metabolik sindrom piylənmə, hiperglisemiya, hiperlipidemiya və hipertoniya kimi bir-biri ilə əlaqəli xəstəliklər qrupu ilə təmsil olunur. Bu, həm də ürək-damar xəstəlikləri və artan xəstələnmə və ölüm üçün mühüm risk faktorudur. Metabolik sindromun vacib xüsusiyyəti olan hiperinsulinemiya mədəaltı vəzinin β-hüceyrələrindən həddindən artıq insulin …

Səhiyyə xəbərləri

Xərçəngin klinik təsnifatında onkomarkerlərin rolu

Onkomarkerlər xərçəng toxumasından və ya xərçəngə cavab olaraq istehsal olunan spesifik molekullardır. Qanda, sidikdə, nəcisdə, bədən mayelərində və ya toxumada müxtəlif ölçmə üsulları (kimyəvi, immunoloji, genomik və proteomik) ilə aşkar edilir. Onkomarkerlər sadə molekullardan (katexolaminlər), zülallardan (hormonlar, fermentlər və gen məhsulları), glikoproteinlərdən (CA 125 və s.), DNT əsaslı markerlərdən (HER2, EGFR və s.) ibarətdir. İdeal …

Önə çıxanlar

Qalib dövlətin müzəffər ordusu, günün mübarək!

Bu gün Azərbaycan Ordusunun yaranmasının 105-ci ildönümü tamam olur. Hərb tariximizin şanlı səhifəsi sayılan bu gün münasibətilə Vətən keşiyində duran igidlərimizi təbrik edir, yerinə yetirdikləri çətin və şərəfli vəzifədə uğurlar arzu edirik! Həmçinin Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.

Önə çıxanlar

15 iyun ölkəmizdə Milli Qurtuluş Günüdür.

Düz 30 il əvvəl – Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının çağırışı ilə hakimiyyətə qayıtmış, bununla da ölkəmiz zəfər və tərəqqi yoluna qədəm qoymuşdur. Milli Qurtuluş günü azadlığa, qurtuluşa, Zəfərə gedən yolumuzun başlanğıcıdır! Bu gün münasibətilə xalqımızı təbrik edir, dövlətimizə sülh, əmin-amanlıq arzulayırıq!

Səhiyyə xəbərləri

“Allergiyadır” deyib keçməyin!

Allergiya – müxtəlif yaş qruplarında rast gəlinən immunopatoloji xəstəliklərdən biridir. Allergiyanın fizioloji mexanizmi orqanizmdə yaranan antitelin əmələ gəlməsidir. Bu da həssaslığın artıb-azalmasına gətirib çıxarır. Əsasən, selikli qişalarda qıcıqlanma, gözlərdə qızartı və qaşınma, asqırma, öskürmə, dəridə səpkilər şəklində özünü büruzə verir. Həyat keyfiyyətini aşağı salan bu problemə ciddi yanaşmadıqda müxtəlif ağırlaşmalara səbəb ola bilir. Hələ də …