Dünyada milyonlarla insanın ölümünə səbəb olan hepatit, ölkəmizdə də ciddi şəkildə yayılmaqdadır. Hepatitlərin yaranma səbəbləri müxtəlif olsa da, ən başlıcası virus infeksiyalarıdır və 5 əsas növü (A, B, C, D və E) var. Onlardan B (HBV) və C (HCV) xroniki qaraciyər xəstəliklərinə, sirroz və ya qaraciyər xərçənginə səbəb olur. Qaraciyəriniz sizi həyatda saxlamaq üçün hər …
Önə çıxanlar
Qalib dövlətin müzəffər ordusu, günün mübarək!
Bu gün Azərbaycan Ordusunun yaranmasının 105-ci ildönümü tamam olur. Hərb tariximizin şanlı səhifəsi sayılan bu gün münasibətilə Vətən keşiyində duran igidlərimizi təbrik edir, yerinə yetirdikləri çətin və şərəfli vəzifədə uğurlar arzu edirik! Həmçinin Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.
15 iyun ölkəmizdə Milli Qurtuluş Günüdür.
Düz 30 il əvvəl – Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının çağırışı ilə hakimiyyətə qayıtmış, bununla da ölkəmiz zəfər və tərəqqi yoluna qədəm qoymuşdur. Milli Qurtuluş günü azadlığa, qurtuluşa, Zəfərə gedən yolumuzun başlanğıcıdır! Bu gün münasibətilə xalqımızı təbrik edir, dövlətimizə sülh, əmin-amanlıq arzulayırıq!
Ümummilli Lider Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü il dönümüdür. Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, Azərbaycan xalqını mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, dövlətin müstəqilliyinin möhkəmlənməsində və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində rolu olan dahi şəxsiyyətdir. Dahi şəxsiyyətin əziz xatirəsi hər zaman Azərbaycan xalqı tərəfindən hörmətlə anılacaq …
Zərifə Əliyeva 100 il
Bu gün Azərbaycanın görkəmli oftalmoloq-alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Zərifə Əliyevanın 100 illik yubileyidir. 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olan Zərifə Əliyeva həmçinin dünya miqyasında iridodiaqnostika və iridoterapiya problemlərinə aid ilk kitabları yazmışdır. Azərbaycanda geniş yayılmış traxomanın müalicəsinə dair tədqiqatlar aparmış …
İnci Laboratoriyalarının həkim-mikrobioloqu Aysel Quliyeva
Mövzu: Sidiyin kultivasiyası
Oruc tutmağın sağlamlığa 7 faydası
Müsəlmanlar üçün çox əhəmiyyətli bir ibadət olan orucun sağlamlıq baxımından bir çox faydaları var. Uzun müddət ac qalan orqanizmdə isə aşağıdakı müsbət dəyişikliklər baş verir: 1. Metabolizmi sürətləndirir və yağ yandırılmasına səbəb olur; 2. Mədə-bağırsaq sistemini rahatlaşdırır; 3. İnsulin rezistenliyini azaldaraq qanda şəkər səviyyəsinə müsbət təsir edir; 4. İmmun sistemini gücləndirir və bədxassəli hüceyrələrin yayılmasını …
Ana olmağa hazırlaşan xanımlar üçün endirimli fürsət!
Hamiləliyin 9-10-cu həftəsində olan xanımlar, yalnız qan verməklə dünyaya gələcək körpəsinin müəyyən genetik xəstəliklər daşıyıb-daşımadığını və ya anomaliyaların olub-olmadığını sadəcə bir testlə öyrənə bilərlər! Testin tətbiq edilməsi üçün sadəcə qanda müəyyən miqdarda sərbəst fetal DNT mövcud olmalıdır. NIPT testin üstünlükləri: – Asan və etibarlıdır; – Ana və uşaq hər hansısa bir risk daşımır; – Yüksək …
Bu gün baharın son müjdəçisi Torpaq Çərşənbəsi qeyd olunur.
Torpaq oyanır, yaşıllaşır, təbiət gözəlləşir… Bu bayramda sizlərə su saflığı, yel azadlığı, od qüvvəti, torpaq bərəkəti arzulayırıq. Canınız sağlam, süfrəniz ruzi-bərəkətli olsun!
İnci tək dəyərli xanımlara endirim
8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə İnci Laboratoriyalarında Xanımlara Özəl endirim! 6-9 Mart tarixləri arasında Mərkəzi Filialımızda laborator testlərdən (genetik və xaricə göndərilən testlər istisna) keçən bütün xanımlar 18% endirim qazanacaqlar. Dəyərli xanımlar, sağlamlığınızın qeydinə qalın! Unutmayın ki, sağlamlıq olmadan hər şey bir heçdir!