Müsəlmanlar üçün çox əhəmiyyətli bir ibadət olan orucun sağlamlıq baxımından bir çox faydaları var. Uzun müddət ac qalan orqanizmdə isə aşağıdakı müsbət dəyişikliklər baş verir:
1. Metabolizmi sürətləndirir və yağ yandırılmasına səbəb olur;
2. Mədə-bağırsaq sistemini rahatlaşdırır;
3. İnsulin rezistenliyini azaldaraq qanda şəkər səviyyəsinə müsbət təsir edir;
4. İmmun sistemini gücləndirir və bədxassəli hüceyrələrin yayılmasını yavaşladır;
5. Qan təzyiqini, xolesterol səviyyəsini yaxşılaşdıraraq ürək sağlamlığını qoruyur;
6. Beyin funksiyasına müsbət təsir edərək yaddaşı gücləndirir və nevroloji pozuntuların qarşısını alır;
7. Yaşlanmanı gecikdirir.
QEYD! Ürək-damar, böyrək, şəkərli diabet, mədə, yüksək təzyiq, qaraciyər çatışmazlığı və s. xəstəliyi olan şəxslər, hamilə qadınlar və qocalar üçün oruc tutmaq təhlükəlidir.