Bu gün Azərbaycanın görkəmli oftalmoloq-alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Zərifə Əliyevanın 100 illik yubileyidir. 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olan Zərifə Əliyeva həmçinin dünya miqyasında iridodiaqnostika və iridoterapiya problemlərinə aid ilk kitabları yazmışdır. Azərbaycanda geniş yayılmış traxomanın müalicəsinə dair tədqiqatlar aparmış və bu tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olmuş, Tibb dünyasının inkişafına vacib töhvələr verən, insanların qaranlıq dünyasına nur bəxş edən Zərifə xanım Əliyevanın əziz xatirəsini qürur, hörmət və ehtiramla anırıq!