Qalxanvari vəzi boynumuzun ön hissəsində yerləşən kəpənək formalı orqandır və endokrin sistemin bir hissəsi olub metabolik sürəti, böyüməni və inkişafı tənzimləyən hormonlar sintez edərək orqanizmin bir çox vacib funksiyasını yerinə yetirir. Bu vəzin anormal böyüməsi nəticəsində zob xəstəliyi yaranır. Xüsusilə yod çatışmazlığı olan insanlarda bu xəstəliyə tez-tez rast gəlinir. Vəz çox böyüdükdə öskürək, udma və nəfəs almada çətinlik yarada bilər. Müalicəsi isə zobun ölçüsündən, şikayətlərdən və xəstəliyə səbəb olan faktorlardan asılıdır. Tiroid hormonlarının həddindən artıq ifrazı hipertiroidizmə səbəb olarsa, radioaktiv yod müalicəsi və ya əməliyyat tətbiq oluna bilər.

Xəstəliyin diaqnostikası həm laborator, həm də həkim müayinəsi zamanı müxtəlif radiodiaqnostik üsullarla qoyulur. TSH, sərbəst T3 və sərbəst T4 kimi hormonal analizlər qalxanvari vəzidə olan pozuntulardan xəbər verir. Lazım olduqda diaqnozun dəqiqləşdirilməsi üçün qalxanvari vəzinin fəaliyyətinə aydınlıq gətirə bilən digər analizlər (xüsusi anticisimlər, zülallar) təyin oluna bilər.

📞Çağrı Mərkəzi: *1113