İnci Laboratoriyaları

Göstərir: 51 - 60 of 71 NƏTİCƏLƏR
Önə çıxanlar

21 sentyabr – Ümumdünya Altsheymer Günüdür

Altsheymer— demensiyanın geniş yayılmış, müalicəsi hələ də tapılmayan neyrodegenerativ xəstəlikdir. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə edilsə də, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Zehni aktiv saxlamaq, balanslı qidalanmaq, alkoqol və siqaretdən uzaq durmaq altsheymer xəstəliyinin …

Laboratoriyamız haqqında xəbərlər

Məktəb öncəsi pediatrik “check-up”

Uğurun əsas meyarlarından biri sağlamlıqdır. Sağlam olmayan uşağın təhsil həyatı da uğurlu olmur. İnci Laboratoriyalarının hazırladığı məktəb öncəsi pediatrik “check-up” paketi məktəbə yeni başlayan və ya dərslərə adaptasiya ola bilməyən uşaqlar üçün olduqca vacibdir. Əziz valideynlər, vaxtında edilən “check-up” müayinə ilə xəstəliklərin qarşısını öncədən ala və müalicələrə daha tez başlaya bilərsiniz. Övladlarınızın sağlamlığını etibarlı əllərə …

Önə çıxanlar

Operativ cavablandırma *1113

Analiz və xidmətlərimizlə bağlı suallarınıza daha tez cavab tapmaq istəyirsinizsə, *1113 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Zəng edərək, qiymətləri öyrənə, nəticələrin hazır olub-olmaması ilə bağlı məlumat əldə edə, analizlərin hazır olma müddətini soruşa, ünvanda COVID-19 PZR testi və digər laborator xidmətləri istəyə, bununla yanaşı əlavə suallarınızı ünvanlaya bilərsiniz.

Önə çıxanlar

Uşaq anemiya paneli

Anemiya (qan azlığı) qanın tərkibində hemoqlobin və eritrositlərin azalması deməkdir. Bu, dünyanın bir çox ölkələrində, həmçinin Azərbaycanda uşaqlar arasında tez-tez rast gəlinən xəstəliklərdən biri hesab edilir. Xəstəlik vaxtında aşkarlanıb, müalicə olunmadıqda orqanizmdə ciddi problemlərə səbəb ola bilər. Diaqnostikası kliniki və laborator göstəricilərə əsasən qoyulur. Mərkəzi Filialımızda təqdim olunan anemiya paneli ilə övladlarınızın sağlamlığının qeydinə qala …

Laboratoriyamız haqqında xəbərlər

Evdə laborator xidmət

Səhhətiniz ilə bağlı narahatlığınız var, lakin laboratoriyamıza yaxınlaşa bilmirsiniz? 🚑 Elə isə, biz qapınıza gələk! İnci Laboratoriyaları sizə evdən çıxmadan laborator xidmətləri təklif edir. Peşəkar komandamız sizə istədiyiniz tarixdə və ünvanda laborator xidmət göstərməyə hazırdır! Sağlamlığınızın etibarlı keşikçisi olan İnci Laboratoriyaları rahatlığınız üçün daim xidmətinizdədir! 📌 Ətraflı məlumat üçün: 📞Çağrı Mərkəzi: *1113 🔹 MƏRKƏZ FİLİALI …

Önə çıxanlar

Hər il avqustun 19-u Ümumdünya Humanitar Yardım Günü olaraq qeyd olunur

Ümumdünya Humanitar Yardım Günü 2008-ci il 11 dekabrda BMT-nin Baş Assambleyasının qətnaməsi ilə təsis edilib. Bu günün yaranmasında əsas məqsəd digər insanları xilas edərkən həlak olanların xatirəsini yad etməkdir. İnci Laboratoriyaları olaraq, bu gün münasibətilə humanitar yardım təşkilatlarına və fəallara təşəkkür edir və bu yolda canından keçənlərə Allahdan rəhmət diləyirik!

Laboratoriyamız haqqında xəbərlər

Uşaqlarda qurd xəstəliyi

Qurd xəstəliyi uşaqlarda geniş yayılan və valideynləri ən çox narahat edən xəstəliklər sırasındadır. Çünki orqanizmdə olan parazitlər (qurdlar) vaxtında aşkarlanaraq təmizlənmədikdə orqan və toxumalarda ciddi problemlər yaradır. Nəticə olaraq, bu problemlər uşağın əqli və fiziki inkişafına da təsir edir. 🔻 Xəstəliyin ilkin əlamətləri aşağıdakılardır: 🔹 Gecələr anus ətrafında qaşınma; 🔹 Bədəndə səpkilər; 🔹 Daimi ürəkbulanma …

Səhiyyə xəbərləri

1 avqust Ümumdünya Ağciyər Xərçəngi Günüdür.

Bu günün əsas məqsədi xəstəlik haqqında məlumatlılığı artırmaq, əsas risk faktorlarını, skrininq və müalicə variantlarını vurğulamaqdır. ÜST-ün məlumatına görə, bu xərçəng dünyada o qədər geniş yayılıb ki, hər il ölənlərin sayı bağırsaq, süd vəzi və qaraciyər xərçəngindən daha çoxdur. Rəsmi məlumatlara görə, dünyada hər il 1,80 milyon insan bu xəstəlikdən dünyasını dəyişir, 2,21 milyon insan …

Önə çıxanlar

Testin adı: BNP

▪️Test haqqında: Asimptomatik xəstələr də daxil olmaqla bütün kəskin ürək çatışmazlıqlarının diaqnozunda, mərhələsinin müəyyən edilməsi, proqnozu və müşayiətində istifadə olunur. Ürək çatışmazlığı ağırlaşmağa doğru getdikcə, BNP səviyyəsi də yüksəlir. Eyni zamanda xəstənin artan yaşı, kəskin koronar sindromlar, hipertoniya, kəskin ağciyər emboliyası, sol mədəciyin diastolik disfunksiyası zamanı da BNP səviyyəsi yüksək olur. 100 pg/ml-dən aşağı olan …