“Check-up” müayinələri istər qadın, istər kişi, istərsə də uşaq sağlamlığının dəyərləndirilməsində mühüm rol oynayır. Müayinə nəticəsində asimptomatik xəstəlikləri aşkarlamaq, mümkün risklərə qarşı vaxtında tədbirlər görmək mümkündür. Kişilər xüsusilə 40 yaşdan sonra sağlamlıqlarına diqqət etməli, vaxtında müayinələrdən keçməlidirlər. 40 yaşdan yuxarı kişilərə tətbiq olunan “Check-up” skrininqində diabet, hipertenziya, xolesterolun yüksəkliyi aşkar edilərsə, ürək sağlamlığına dair ətraflı …
Laboratoriyamız haqqında xəbərlər
Hamiləlikdə Prenatal skrininq testləri
Prenatal skrininq testləri, hamiləlik dövründə aparılan və doğulacaq körpənin sağlamlığı haqqında məlumat verən testlərdir. Bəzi genetik xəstəliklərin erkən aşkarlanmasını təmin edən bu testlər, doğuşdan əvvəl erkən müdaxiləyə imkan verir. Prenatal skrininq testlərinə ikili, üçlü və dördlü skrininq testləri daxildir və bununla “Daun sindromu”, “Patau sindromu”, “Edwards sindromu” kimi xəstəlikləri öncədən müəyyənləşdirmək mümkündür. 35 yaşdan yuxarı …
NIPT testi nədir?
Anadan alınan qan nümunəsi nəticəsində döldə genetik xəstəliklərin (Daun sindromu (Trisomiya 21), Patau sindromu (Trisomiya 13), Edvards sindromu (Trisomiya 18) və s.) və anomaliyaların ehtimalını aşkar etməyə kömək edən etibarlı skrininq testidir. Testin tətbiq edilməsi üçün qanda müəyyən miqdarda sərbəst fetal DNT mövcud olmalıdır. Bu səbəbdən testin hamiləliyin 9-10-cu həftəsindən etibarən edilməsi tövsiyə edilir. Test …
“Narahatlığım var, yəqin ki, hava ilə əlaqəlidir”
Bu ifadə demək olar ki, çoxlarına tanışdır. Bəzi insanlar səhhətlərində hər hansı bir narahatlıq hiss etdiklərində bunu hava və ya fəsil dəyişməsi ilə əlaqələndirirlər. Lakin bu, ürək-damar sistemi, həzm sistemi, sinir sistemi və s. kimi ciddi xəstəliklərin ilkin mərhələsi ola bilər. Bu səbəbdən, səhhətinizə ciddi şəkildə yanaşmaq və vaxtında müayinələrdən keçmək lazımdır. İnci Laboratoriyalarının təqdim …
Onkoloji “check-up”la Xərçəngə erkən qalib gəl!
Günümüzdə xərçəng xəstəliyi geniş yayılan sağlamlıq problemlərindən biridir. Xərçəngə qarşı diqqətli olmaq erkən diaqnozda böyük əhəmiyyət kəsb edir. Əvvəllər bu xəstəliyin diaqnostikası çətin olsa da, artıq müxtəlif qan testləri ilə erkən mərhələdə aşkar etmək mümkündür. İnci Laboratoriyalarının hazırladığı “onkoloji check-up” paketi ilə həm qadınlar, həm də kişilər xərçəngə qarşı erkən tədbirlər görərək sağlamlıqlarını qoruya bilərlər. …
Test və xidmətlərimizlə bağlı suallarınızın operativ cavablandırılması
Analiz və xidmətlərimizlə bağlı suallarınıza daha tez cavab tapmaq üçün 📞*1113 Çağrı mərkəzi xidmətinizdədir. Zəng edərək, qiymətləri öyrənə, nəticələrin hazır olub-olmaması ilə bağlı məlumat əldə edə, analizlərin hazır olma müddətini soruşa, ünvanda laborator xidmətləri istəyə, həmçinin əlavə suallarınızı ünvanlaya bilərsiniz. Sağlamlığınızın etibarlı keşikçisi olan İnci Laboratoriyaları rahatlığınız üçün daim xidmətinizdədir! 📌 Ətraflı məlumat üçün: 🔹 …
Qan azlığının laborator diaqnostikası
Anemiya (qan azlığı) qanda eritrosit və hemoqlobin miqdarının yaşa və cinsiyyətə görə qəbul edilən normadan aşağı olmasıdır. Qan azlığı zamanı halsızlıq, mütəmadi baş gicəllənməsi, dəri ve selikli qişaların solğunlaşması, baş ağrıları, təngnəfəslik, ürək ritminin tez-tez döyünməsi və s. kimi müxtəlif simptomlarla müşayiət olunur. Xəstəliyin diaqnostikası kliniki və laborator göstəricilərə əsasən qoyulur. Siz də qan azlığından …
Məktəb öncəsi pediatrik “check-up”
Uğurun əsas meyarlarından biri sağlamlıqdır. Sağlam olmayan uşağın təhsil həyatı da uğurlu olmur. İnci Laboratoriyalarının hazırladığı məktəb öncəsi pediatrik “check-up” paketi məktəbə yeni başlayan və ya dərslərə adaptasiya ola bilməyən uşaqlar üçün olduqca vacibdir. Əziz valideynlər, vaxtında edilən “check-up” müayinə ilə xəstəliklərin qarşısını öncədən ala və müalicələrə daha tez başlaya bilərsiniz. Övladlarınızın sağlamlığını etibarlı əllərə …
Evdə laborator xidmət
Səhhətiniz ilə bağlı narahatlığınız var, lakin laboratoriyamıza yaxınlaşa bilmirsiniz? 🚑 Elə isə, biz qapınıza gələk! İnci Laboratoriyaları sizə evdən çıxmadan laborator xidmətləri təklif edir. Peşəkar komandamız sizə istədiyiniz tarixdə və ünvanda laborator xidmət göstərməyə hazırdır! Sağlamlığınızın etibarlı keşikçisi olan İnci Laboratoriyaları rahatlığınız üçün daim xidmətinizdədir! 📌 Ətraflı məlumat üçün: 📞Çağrı Mərkəzi: *1113 🔹 MƏRKƏZ FİLİALI …
Uşaqlarda qurd xəstəliyi
Qurd xəstəliyi uşaqlarda geniş yayılan və valideynləri ən çox narahat edən xəstəliklər sırasındadır. Çünki orqanizmdə olan parazitlər (qurdlar) vaxtında aşkarlanaraq təmizlənmədikdə orqan və toxumalarda ciddi problemlər yaradır. Nəticə olaraq, bu problemlər uşağın əqli və fiziki inkişafına da təsir edir. 🔻 Xəstəliyin ilkin əlamətləri aşağıdakılardır: 🔹 Gecələr anus ətrafında qaşınma; 🔹 Bədəndə səpkilər; 🔹 Daimi ürəkbulanma …