“Check-up” müayinələri istər qadın, istər kişi, istərsə də uşaq sağlamlığının dəyərləndirilməsində mühüm rol oynayır. Müayinə nəticəsində asimptomatik xəstəlikləri aşkarlamaq, mümkün risklərə qarşı vaxtında tədbirlər görmək mümkündür. Kişilər xüsusilə 40 yaşdan sonra sağlamlıqlarına diqqət etməli, vaxtında müayinələrdən keçməlidirlər. 40 yaşdan yuxarı kişilərə tətbiq olunan “Check-up” skrininqində diabet, hipertenziya, xolesterolun yüksəkliyi aşkar edilərsə, ürək sağlamlığına dair ətraflı müayinələr aparılmalıdır. Bu səbəbdən heç bir şikayət və əlamət olmasa belə, ildə bir dəfə tibbi müayinələrdən keçmək tövsiyə olunur.

Unutma! Mümkün xəstəliklərin erkən diaqnozu üçün “Check-up” vacibdir.

📞Çağrı Mərkəzi: *1113

🔹 MƏRKƏZ FİLİALI
📍 Ünvan: Bakı ş., Bülbül pr., 58G,
☎️ Tel.: (+99412) 493-80-47/48
📱 Mob.: (+99451) 229-49-80