1993-cü ildən etibarən 8 May bütün dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur.
Talassemiya valideynlərdən uşağa gen vasitəsi ilə ötürülən, qırmızı qan hüceyrələrindəki hemoqlabin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Valideynlərdən biri talassemiya daşıyıcısı olduqda övladın talassemiya xəstəsi olma ehtimalı sıfıra bərabər olur. Lakin, hər iki valideyn talassemiya daşıyıcısı olduqda, onların övladı 25% sağlam, 50% talassemiya daşıyıcısı, 25% ehtimalla isə talassemiya xəsətəsi olaraq dünyaya gəlir. Xəstəliyin ən ağır formalarına bir çox hallarda qan qohumluğu olan nikahlarda təsadüf edilir.
Diaqnoz klinik və laborator müayinələrin nəticələri əsasında qoyulur.
Övladınızın talassemiya daşıyıcısı olub-olmadığını öyrənmək istəyirsinizsə, İnci Laboratoriyalarının Mərkəzi Filialına yaxınlaşaraq “Talassemiya Skrininq” çekap paketindən yararlana bilərsiniz.
Çağrı Mərkəzi: *1113
MƏRKƏZ FİLİALI
Ünvan: Bakı ş., Bülbül pr., 58G,
Tel.: (+99412) 493-80-47/48
Mob.: (+99451) 229-49-80