Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü il dönümüdür. Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, Azərbaycan xalqını mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, dövlətin müstəqilliyinin möhkəmlənməsində və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində rolu olan dahi şəxsiyyətdir. Dahi şəxsiyyətin əziz xatirəsi hər zaman Azərbaycan xalqı tərəfindən hörmətlə anılacaq və daima qəlblərdə yaşayacaqdır.