Sink (Zn) orqanizmdə toxuma və orqanların fəaliyyətini təmin edən vacib mikroelementdir. İnsan orqanizmində dəmirdən sonra ən çox olan mikroelementdir. Günlük olaraq qadınlar üçün 9 mg, kişilər üçün 15 mg Zn qəbul edilməlidir. 300-dən çox metalloenzimin tərkibində olması, insan orqanizmində nə qədər böyük önəmə sahib olduğunu göstərir. Xüsusilə kişilərdə prostat vəzi spermə çox miqdarda sink ifraz edir, bu isə həm antibakterial şərait yaradaraq, həm də canlılığı qoruyaraq spermin çalışmasını təmin edir.

Orqanizmdə sink çatışmazlığı daha çox hamiləlik, uşaqlıq, yeniyetməlik, yaraların sağalması, böyümə və inkişaf dövründə müşahidə edilir. Sink defisiti özünü müxtəlif formalarda – depressiya, dəri problemləri, infeksiyalara yatqınlıq, immun sistemin zəifləməsi və s. özünü büruzə verə bilər. Xüsusilə bəzi xəstəliklərdə bu əksiklik daha da qabarıq ola bilər. Bunlara xroniki inflamatuar bağırsaq xəstəlikləri, alkolik qaraciyər xəstəliyi, malabsorbsiya sendromu olan xəstələr daxildir.
Unutmamaq lazımdır ki, sinkin gərəksiz yüksək miqdarda qəbulu toksik təsirlərə səbəb ola bilər.

İnci Laboratoriyalarının bütün filiallarına yaxınlaşaraq lazımi testlərdən keçə bilərsiniz.

📞Çağrı Mərkəzi: *1113