Bu tarix 1948-ci il aprelin 7-də yaradılan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fəaliyyətə başlaması ilə əlaqədardır. Bu günün təsis edilməsində əsas məqsəd, diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək və bu istiqamətdə məlumatlılığı artırmaqdır. Hər il 7 apreldə ÜST üçün prioritet sayılan bir problem diqqət mərkəzinə gətirilir və bununla bağlı bütün dünyada bir sıra tədbirlər həyata keçirilərək, dünya ictimaiyyəti sağlam gələcək üçün birgə səy göstərməyə səslənilir.