Dünyada milyonlarla insanın ölümünə səbəb olan hepatit, ölkəmizdə də ciddi şəkildə yayılmaqdadır. Hepatitlərin yaranma səbəbləri müxtəlif olsa da, ən başlıcası virus infeksiyalarıdır və 5 əsas növü (A, B, C, D və E) var. Onlardan B (HBV) və C (HCV) xroniki qaraciyər xəstəliklərinə, sirroz və ya qaraciyər xərçənginə səbəb olur. Qaraciyəriniz sizi həyatda saxlamaq üçün hər gün 500-dən çox həyati funksiyanı səssizcə yerinə yetirir. Lakin viral hepatit infeksiyası da səssizdir və simptomlar yalnız xəstəlik irəlilədikdə görünür. Buna görə də vaxtında müayinə həm sizin, həm də yaxınlarınızın həyatını xilas edə bilər. Hepatitin qarşısını almaq üçün şəxsi qorunmanızla yanaşı, mütəmadi yoxlanışdan keçməyiniz də çox vacibdir.

Gəlin gələcək üçün birlikdə mübarizə aparaq!