Simpoziumda Türkiyə Klinik Biokimya Uzmanları Dərnəyinin (KBUD) təmsilçisi prof. dr. Çiğdem Karakükçü “Hemoqlobinopatiyalara laborator yanaşma” mövzusunda çıxış edib. Türkiyəli mütəxəssis təcrübələrini yerli mütəxəssislərimizlə bölüşərək, tövsiyələrini verib. Geniş disskusiyalarla keçən simpozium və İnci Laboratoriyalarının stendi AHMK2022 iştirakçılarının yüksək marağı ilə qarşılanıb.
Önə çıxanlar
8 Noyabr qələbəmiz tariximizin Zəfər salnaməsidir.
Bu gün 30 illik yolu 44 günə qət edən rəşadətli ordumuzun qələbə çaldığı, eyni zamanda Şuşanı işğaldan azad etdiyi gündür. Öz canlarından keçərək Azərbaycana can verən şəhidlərimizi hörmətlə yad edir, qazilərimizə şəfa diləyirik! Sənə qələbə yaraşır Azərbaycan! 🇦🇿 Video
Müəllimlər Gününə Özəl Kampaniya!
4-5 oktyabr tarixlərində İnci Laboratoriyalarının Mərkəzi Filialında analiz verən bütün müəllimlər bizdən 15% endirim qazanacaqlar. Sadəcə iki gün davam edəcək kampaniyadan yararlanmağa siz də tələsin! QEYD! Kampaniya genetik və xaricə göndərilən analizlər istisna olmaqla bütün laborator xidmətlərə şamil edilir. Ətraflı məlumat üçün: 📞Çağrı Mərkəzi: *1113 🔹 MƏRKƏZ FİLİALI 📍Ünvan: Bakı ş., Bül-Bül pr., 58G, ☎️Tel.: …
27 Sentyabr 44 günlük müharibənin başlandığı şanlı tarix…
30 illik həsrətin son qoyulduğu, Azərbaycanın haqq yolunun başlanğıcı olan bu tarix, nə qədər qürurlu olsa da, bir o qədər də hüznlüdür. “İnci labaratoriyaları” olaraq tariximizə yazılan qələbəni bizə yaşadan şəhidlərimiz qarşısında baş əyir, ehtiramla yad edirik. Azadlığımızın, birliyimizin daim olması diləyi ilə… Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
21 sentyabr – Ümumdünya Altsheymer Günüdür
Altsheymer— demensiyanın geniş yayılmış, müalicəsi hələ də tapılmayan neyrodegenerativ xəstəlikdir. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə edilsə də, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Zehni aktiv saxlamaq, balanslı qidalanmaq, alkoqol və siqaretdən uzaq durmaq altsheymer xəstəliyinin …
Operativ cavablandırma *1113
Analiz və xidmətlərimizlə bağlı suallarınıza daha tez cavab tapmaq istəyirsinizsə, *1113 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Zəng edərək, qiymətləri öyrənə, nəticələrin hazır olub-olmaması ilə bağlı məlumat əldə edə, analizlərin hazır olma müddətini soruşa, ünvanda COVID-19 PZR testi və digər laborator xidmətləri istəyə, bununla yanaşı əlavə suallarınızı ünvanlaya bilərsiniz.
Uşaq anemiya paneli
Anemiya (qan azlığı) qanın tərkibində hemoqlobin və eritrositlərin azalması deməkdir. Bu, dünyanın bir çox ölkələrində, həmçinin Azərbaycanda uşaqlar arasında tez-tez rast gəlinən xəstəliklərdən biri hesab edilir. Xəstəlik vaxtında aşkarlanıb, müalicə olunmadıqda orqanizmdə ciddi problemlərə səbəb ola bilər. Diaqnostikası kliniki və laborator göstəricilərə əsasən qoyulur. Mərkəzi Filialımızda təqdim olunan anemiya paneli ilə övladlarınızın sağlamlığının qeydinə qala …
Hər il avqustun 19-u Ümumdünya Humanitar Yardım Günü olaraq qeyd olunur
Ümumdünya Humanitar Yardım Günü 2008-ci il 11 dekabrda BMT-nin Baş Assambleyasının qətnaməsi ilə təsis edilib. Bu günün yaranmasında əsas məqsəd digər insanları xilas edərkən həlak olanların xatirəsini yad etməkdir. İnci Laboratoriyaları olaraq, bu gün münasibətilə humanitar yardım təşkilatlarına və fəallara təşəkkür edir və bu yolda canından keçənlərə Allahdan rəhmət diləyirik!
Testin adı: BNP
▪️Test haqqında: Asimptomatik xəstələr də daxil olmaqla bütün kəskin ürək çatışmazlıqlarının diaqnozunda, mərhələsinin müəyyən edilməsi, proqnozu və müşayiətində istifadə olunur. Ürək çatışmazlığı ağırlaşmağa doğru getdikcə, BNP səviyyəsi də yüksəlir. Eyni zamanda xəstənin artan yaşı, kəskin koronar sindromlar, hipertoniya, kəskin ağciyər emboliyası, sol mədəciyin diastolik disfunksiyası zamanı da BNP səviyyəsi yüksək olur. 100 pg/ml-dən aşağı olan …
Bu gün İslam aləmində xeyirxahlığın, bərabərliyin, bölüşməyin rəmzi olan mübarək Qurban bayramıdır.
İnsanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bu bayramın xeyir və bərəkəti daim üzərinizdə olsun. İnci Laboratoriyaları olaraq bütün müsəlmanları müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, etdiyiniz duaların, kəsdiyiniz qurbanların qəbul olunmasını arzulayırıq!