İnci Laboratoriyaları

Göstərir: 21 - 30 of 71 NƏTİCƏLƏR
Laboratoriyamız haqqında xəbərlər

40 yaşdan yuxarı kişilər üçün “Check-up”

“Check-up” müayinələri istər qadın, istər kişi, istərsə də uşaq sağlamlığının dəyərləndirilməsində mühüm rol oynayır. Müayinə nəticəsində asimptomatik xəstəlikləri aşkarlamaq, mümkün risklərə qarşı vaxtında tədbirlər görmək mümkündür. Kişilər xüsusilə 40 yaşdan sonra sağlamlıqlarına diqqət etməli, vaxtında müayinələrdən keçməlidirlər. 40 yaşdan yuxarı kişilərə tətbiq olunan “Check-up” skrininqində diabet, hipertenziya, xolesterolun yüksəkliyi aşkar edilərsə, ürək sağlamlığına dair ətraflı …

Laboratoriyamız haqqında xəbərlər

Hamiləlikdə Prenatal skrininq testləri

Prenatal skrininq testləri, hamiləlik dövründə aparılan və doğulacaq körpənin sağlamlığı haqqında məlumat verən testlərdir. Bəzi genetik xəstəliklərin erkən aşkarlanmasını təmin edən bu testlər, doğuşdan əvvəl erkən müdaxiləyə imkan verir. Prenatal skrininq testlərinə ikili, üçlü və dördlü skrininq testləri daxildir və bununla “Daun sindromu”, “Patau sindromu”, “Edwards sindromu” kimi xəstəlikləri öncədən müəyyənləşdirmək mümkündür. 35 yaşdan yuxarı …

Gündəm Önə çıxanlar

Ümummilli Lider Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü il dönümüdür. Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, Azərbaycan xalqını mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, dövlətin müstəqilliyinin möhkəmlənməsində və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində rolu olan dahi şəxsiyyətdir. Dahi şəxsiyyətin əziz xatirəsi hər zaman Azərbaycan xalqı tərəfindən hörmətlə anılacaq …

Səhiyyə xəbərləri

Beynəlxalq Talassemiya Günü

1993-cü ildən etibarən 8 May bütün dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur. Talassemiya valideynlərdən uşağa gen vasitəsi ilə ötürülən, qırmızı qan hüceyrələrindəki hemoqlabin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Valideynlərdən biri talassemiya daşıyıcısı olduqda övladın talassemiya xəstəsi olma ehtimalı sıfıra bərabər olur. Lakin, hər iki valideyn talassemiya daşıyıcısı olduqda, …

Önə çıxanlar

Zərifə Əliyeva 100 il

Bu gün Azərbaycanın görkəmli oftalmoloq-alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Zərifə Əliyevanın 100 illik yubileyidir. 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olan Zərifə Əliyeva həmçinin dünya miqyasında iridodiaqnostika və iridoterapiya problemlərinə aid ilk kitabları yazmışdır. Azərbaycanda geniş yayılmış traxomanın müalicəsinə dair tədqiqatlar aparmış …

Səhiyyə xəbərləri

Koaquloqramma paneli

Koaquloqramma paneli – qanın laxtalanma sisteminin vəziyyətini göstərən bir neçə testin birləşməsindən ibarətdir. Bu panellə qanın mümkün laxtalanma qabiliyyətinin artıb-azalması, trombun yaranması və qanaxma ehtimalının olub-olmamasını müəyyən etmək olur. Bununla da bir çox xəstəliklərə erkən diaqnoz qoymaq mümkündür. Qanın tez laxtalanması infarkt, insult, varikoz və s. xəstəliklərə səbəb ola bilər. Həmçinin laxtalanmanın tezləşməsi qanda tromb …

Səhiyyə xəbərləri

17 Aprel Ümumdünya Hemofiliya Günüdür.

Bu gün 1989-cu ildə Ümumdünya Hemofiliya Federasiyası tərəfindən Hemofiliya və digər irsi qanaxma xəstəlikləri haqqında məlumatlılığı artırmaq məqsədi ilə təsis edilib. Hemofiliya qanın laxtalanma prosesinin pozulması ilə xarakterizə olunan nadir irsi xəstəlikdir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə, travma və ya cərrahi müdaxilə nəticəsində qanaxmalar baş verə bilir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı …

Önə çıxanlar

Oruc tutmağın sağlamlığa 7 faydası

Müsəlmanlar üçün çox əhəmiyyətli bir ibadət olan orucun sağlamlıq baxımından bir çox faydaları var. Uzun müddət ac qalan orqanizmdə isə aşağıdakı müsbət dəyişikliklər baş verir: 1. Metabolizmi sürətləndirir və yağ yandırılmasına səbəb olur; 2. Mədə-bağırsaq sistemini rahatlaşdırır; 3. İnsulin rezistenliyini azaldaraq qanda şəkər səviyyəsinə müsbət təsir edir; 4. İmmun sistemini gücləndirir və bədxassəli hüceyrələrin yayılmasını …

Önə çıxanlar

Ana olmağa hazırlaşan xanımlar üçün endirimli fürsət!

Hamiləliyin 9-10-cu həftəsində olan xanımlar, yalnız qan verməklə dünyaya gələcək körpəsinin müəyyən genetik xəstəliklər daşıyıb-daşımadığını və ya anomaliyaların olub-olmadığını sadəcə bir testlə öyrənə bilərlər! Testin tətbiq edilməsi üçün sadəcə qanda müəyyən miqdarda sərbəst fetal DNT mövcud olmalıdır. NIPT testin üstünlükləri: – Asan və etibarlıdır; – Ana və uşaq hər hansısa bir risk daşımır; – Yüksək …